Azərbaycanlı mütəxəssis ABŞ universitetində prorektor təyin edildi

Azərbaycanlı mütəxəssis ABŞ universitetində prorektor təyin edildi

Xəbər Yerində xəbər verir ki, azərbaycanlı təhsil mütəxəssisi Sevinc Məmmədova ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetində (George Washington University) prorektor vəzifəsinə təyin olunub.

Yeni vəzifəsində o, universitetin akademik və institusional inkişafı ilə bağlı müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərəcək.

Sevinc Məmmədova təyinatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, yeni fəaliyyət mərhələsinə başladığı üçün məmnunluğunu ifadə edib və bu prosesdə ona dəstək olanlara təşəkkürünü bildirib.

Təhsil mütəxəssisi bundan əvvəl də Corc Vaşinqton Universitetində müxtəlif istiqamətlərdə çalışıb. Onun fəaliyyəti əsasən beynəlxalq təhsil layihələri, universitetlərarası əməkdaşlıq və akademik tərəfdaşlıqların genişləndirilməsi ilə bağlı olub.

Sevinc Məmmədovanın diqqətçəkən fəaliyyət istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının inkişafında iştirakı olub.

Sözügedən proqram Azərbaycan və ABŞ arasında ali təhsil əməkdaşlığının genişləndirilməsi, müəllim hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələr üçün yeni təhsil imkanlarının yaradılması baxımından əhəmiyyətli layihələrdən biri hesab olunur.

Onun yeni vəzifəyə təyin olunması Azərbaycan ali təhsilinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və yerli universitetlərin qlobal akademik mühitə inteqrasiyası baxımından da diqqət çəkir.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir