Azərbaycanda pul bazasının həcmi avqustun 31-nə 24,2 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ilin əvvəlindən pul bazası 1,8 milyard manat və ya 7,9% artıb.
Avqust ayında isə göstərici 296 milyon manat və ya 1,2% yüksəlib. İllik müqayisədə pul bazasında 3,1 milyard manat və ya 14,8% artım qeydə alınıb.
Mənbə: Apa

