AZAL-dan sərnişinlərə şad xəbər: İstanbul və Tbilisi reysləri artırıldı

AZAL-dan sərnişinlərə şad xəbər: İstanbul və Tbilisi reysləri artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) artan sərnişin tələbatını nəzərə alaraq İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib.

Xeberyerinde xəbər verir ki, 4 avqust–30 sentyabr tarixləri arasında Bakı–İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2–30 avqust tarixlərində isə Bakı–Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya çatdırılıb.

Bildirilib ki, əlavə reyslər sərnişinlərin artan tələbatını qarşılamaqla yanaşı, səyahətlərin daha rahat planlaşdırılmasına və uçuş seçimlərinin genişlənməsinə imkan verəcək.

AZAL qeyd edib ki, aviaşirkət sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın tələblərinə uyğun optimallaşdırır və marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yenilənməsi, xidmət keyfiyyətinin artırılması istiqamətində işləri davam etdirir.

Aviabiletləri AZAL-ın rəsmi saytı, mobil tətbiqi, kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir