AZAL Qarsa uçuşlara başlayır

AZAL Qarsa uçuşlara başlayır

AZCON Holdinqə daxil olan Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qars şəhərinə reyslər həyata keçirməyə başlayır. Qars istiqamətinin əlavə olunması ilə Türkiyə AZAL-ın ən çox uçuş həyata keçirdiyi ölkə olacaq.

AZAL-ın məlumatına görə, Bakı–Qars–Bakı marşrutu üzrə ilk uçuş iyulun 30-da yerinə yetiriləcək. Reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Yeni istiqamət Azərbaycanla Türkiyə arasında sərnişin əlaqələrinin genişlənməsinə, eləcə də turizm, ailə ziyarətləri və işgüzar səfərlər üçün daha rahat səyahət imkanlarının yaranmasına şərait yaradacaq.

Qars tarixi abidələri, qədim Ani şəhəri, Qars qalası və Sarıqamış xizək kurortu ilə tanınan turizm şəhərlərindən biridir. Yeni reyslər üzrə biletlər artıq satışa çıxarılıb.

Mənbə: Aznews

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir