“Azeri Light” neftinin qiyməti 82 dollara yüksəlib

“Azeri Light” neftinin qiyməti 82 dollara yüksəlib

Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti artıb.

Bazar mənbələrinin məlumatına görə, “Azeri Light” neftinin bir barelinin qiyməti 6,41 dollar və ya 8,47 faiz yüksələrək 82,07 dollara çatıb.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 78,36 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 6,47 dollar və ya 8,87 faiz artaraq 79,41 dollara yüksəlib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar hesablanıb. “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir.

Mənbə: Aznews

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir