Xəbər Yerində xəbər verir ki, Azərbaycanda bəzi bakalavr ixtisasları üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi gündəmdədir.
Hazırda ölkədə bakalavr təhsilinin müddəti ixtisasdan asılı olaraq dəyişir. Əksər ixtisaslarda tələbələr 4 il təhsil alırlar, bəzi sahələrdə isə bu müddət daha uzun ola bilər.
Elm və təhsil naziri Emin Əmrullayev daha əvvəl müəyyən ixtisasların tədris proqramlarına yenidən baxılaraq təhsil müddətinin 3 ilə endirilə biləcəyini bildirmişdi.
Deputat Ceyhun Məmmədov da bir sıra ölkələrdə bu modelə keçidin başladığını qeyd edib.
Onun sözlərinə görə, nəzərdə tutulan dəyişiklik bütün bakalavr ixtisaslarına şamil edilməyəcək. Hansı ixtisasların 3 illik təhsil modelinə uyğun olduğu tədris proqramlarının məzmunu və mütəxəssislərin rəyi əsasında müəyyənləşdiriləcək.
Mənbə: Xəzər Xəbər

