Bəhram Bağırzadə Şuşa Qlobal Media Forumu ilə bağlı təəssüratlarını bölüşüb

Bəhram Bağırzadə Şuşa Qlobal Media Forumu ilə bağlı təəssüratlarını bölüşüb

Tanınmış aktyor, naşir və ictimai xadim Bəhram Bağırzadə IV Şuşa Qlobal Media Forumunun yekunlaşması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, forumla bağlı ilkin təəssüratlarını dərhal bölüşmək istəsə də, sonradan bu fikirdən vaz keçdiyini qeyd edib. Bəhram Bağırzadə bildirib ki, siyasətçi, diplomat və ya analitik olmadığı üçün bu sahələrə aid məsələləri fərqli yanaşma və peşəkarlıq tələb edən mütəxəssislərin daha düzgün ifadə edə biləcəyini düşünür.

Onun sözlərinə görə, forum zamanı bir vətəndaş, insan və uşaq kitablarının naşiri kimi özü üçün mühüm nəticəyə gəlib: dövlət, xalq və gələcək nəsillər naminə daha çox çalışmaq lazımdır.

Bəhram Bağırzadə vurğulayıb ki, bu qənaət sadəcə emosional fikir deyil, forumda səslənən çıxışlardan və müzakirələrdən formalaşan bir düşüncədir. O qeyd edib ki, tədbir zamanı əsas mesajlardan biri artıq vədlər deyil, real fəaliyyət dövrünün başladığı olub.

O, Prezident İlham Əliyevin forumdakı çıxışına da toxunaraq bildirib ki, səsləndirilən müxtəlif mövzuların – demokratiya, iqtisadiyyat və beynəlxalq münasibətlərin – fonunda əsas çağırış insanları öz sahələrində daha məsuliyyətli və məhsuldar çalışmağa səsləyirdi.

Bəhram Bağırzadə qeyd edib ki, hər bir şəxsin dövlətə və cəmiyyətə töhfəsi öz peşəsində dürüst, vicdanlı və faydalı fəaliyyət göstərməsi ilə ölçülür:

“Əslində, işləmək bizim vətəndaş cəbhəmizdir – məhsuldar, dürüst və davamlı. Mən öz vəzifəmi bunda görürəm”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir