Bəşər Əsədə ölüm hökmü çıxarıldı –beynəlxalq axtarışa verildi

Bəşər Əsədə ölüm hökmü çıxarıldı –beynəlxalq axtarışa verildi

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində ağır ittihamlarla ölüm hökmü çıxarılıb.

“Xeber yerinde” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Dəməşq Cinayət Məhkəməsi Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncələrdə ittiham edərək ölüm cəzasına məhkum edib.

Məhkəmə onun qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib haqqında da eyni qərarı verib.

Bəşər və Mahir Əsəd məhkəmə prosesində iştirak etməyib. Onların beynəlxalq axtarışa verilməsi barədə də qərar qəbul olunub.

2011-ci ildə Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinə rəhbərlik edən Atef Nacib isə məhkəmə qarşısına çıxarılıb. O, qətl, işgəncə və qətlə təhrikdə ittiham olunub.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyaya gedib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir