Yəməndəki husi qruplaşması Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisinə raket zərbəsi endirib.
“Xeber yerinde” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Hücum nəticəsində gəminin üç ekipaj üzvünün həyatını itirdiyi bildirilir. Ölənlərdən ikisinin Pakistan, birinin isə İndoneziya vətəndaşı olduğu qeyd edilib.
Yerli hərbi mənbələrin məlumatına görə, hücuma məruz qalan gəminin adı “Tihama”dır.
Hadisə Bab əl-Məndəb boğazında ticarət gəmilərinə qarşı hücumların artdığı bir dövrdə baş verib.

