Bacısının toyuna getmədi-FOTO+VİDEO

Bacısının toyuna getmədi-FOTO+VİDEO

Türkiyənin məşhur aktyoru Burak Özçivitin bacısı Burçun Özçivit Samsunun Bafra rayonunda keçirilən toy mərasimi ilə ailə həyatı qurub.

“Xəbər Yerində” xəbər verir ki, Burçun Özçivit Bafralı iş adamı Hasan Sağdıçla nikah masasına oturub. Toyda ailə üzvləri və yaxın dostlar iştirak etsə də, Burak Özçivit və həyat yoldaşı Fahriye Evcen mərasimə qatılmayıb.

Məlumata görə, Burak Özçivitin toyda iştirak etməməsinin səbəbi onun iş və çəkiliş proqramının mərasimlə üst-üstə düşməsi olub. Aktyorun qardaşının toyuna görüntülü zənglə qoşularaq yeni evlənən cütlüyü təbrik etdiyi bildirilib.

Burçun Özçivit evlilikdən sonra Bafrada yaşamağa qərar verdiyini açıqlayıb. O, həyat yoldaşının doğma yurduna bağlılığının özündə də Bafraya sevgi yaratdığını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir