Cem Yılmazın səhhəti ilə bağlı yeni açıqlama: “Hətta zarafat edir”

Cem Yılmazın səhhəti ilə bağlı yeni açıqlama: “Hətta zarafat edir”

Türkiyəli məşhur komediya ustası Cem Yılmazın səhhətinin yaxşı olduğu açıqlanıb.

“Xəbər Yerində” xəbər verir ki, Çanaqqalada səhhəti pisləşən sənətçi Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ) Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Cem Yılmaz dünən gecə ürək tutması keçirib. Ayvacıq Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra o, ÇOMÜ Xəstəxanasının koronar reanimasiya şöbəsinə köçürülüb.

Sənətçiyə bilək nahiyəsindən təxminən 40 dəqiqə davam edən angioplastika və stent proseduru tətbiq edilib.

“Hətta zarafat edir”

ÇOMÜ-nün rektoru Prof. Dr. Cüneyt Erenoğlu jurnalistlərə açıqlamasında Yılmazın ümumi vəziyyətinin yaxşı olduğunu bildirib.

“Şükürlər olsun, ümumi sağlamlıq vəziyyəti çox yaxşıdır. Hətta zarafat edir”, – deyə rektor qeyd edib.

Erenoğlu bildirib ki, Yılmazın problem yaranan damarına professor Ercan Akşit və onun komandası tərəfindən uğurla müdaxilə olunub.

24 saatdan sonra palataya köçürüləcək

ÇOMÜ Tibb Fakültəsinin Kardiologiya kafedrasının professoru Ercan Akşit də komediya ustasının vəziyyətinin yaxşı olduğunu söyləyib.

Onun sözlərinə görə, mümkün fəsadların qarşısını almaq üçün Yılmaz hazırda reanimasiyada müşahidə altındadır. Vəziyyəti stabil qaldığı təqdirdə 24 saat tamam olduqdan sonra palataya köçürüləcək.

Həkim Cem Yılmazın bir-iki gün ərzində xəstəxanadan evə buraxılmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Yılmaz Çanaqqalanın Ayvacıq rayonunun Paşaköy kəndindəki evində səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir