Bakı metrosunda rekord: Sərnişin sayı 605 mini keçdi

Bakı metrosunda rekord: Sərnişin sayı 605 mini keçdi

Xəbər Yerində xəbər verir ki, sentyabrın 15-də Bakı metrosundan 605 081 sərnişin istifadə edib.

Bu göstərici avqust ayında qeydə alınan 548 751 nəfərlik maksimum göstəricini 9,3 faiz üstələyib.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dərs ilinin ilk günündə sərnişin sayının artması metro nəqliyyatının şəhər sakinləri üçün əhəmiyyətini bir daha göstərib.

Qurum qeyd edib ki, xətlərin ayrılması layihəsi üzrə tikinti işləri başa çatdıqdan sonra intervalların azaldılması, sərnişinlərin daha rahat və sürətli hərəkətinin təmin olunması gözlənilir.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir