Bakının Nizami rayonunda 19 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ötən axşam saatlarında baş verib. 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin cərəyan vurmuş meyiti yaşadığı mənzildə aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmadığı bildirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (
mənbə:Report.az

