Xəbər Yerində xəbər verir ki, Bakının Xəzər rayonunda ailə münaqişəsi ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.
2005-ci il təvəllüdlü E. İsmayılzadə atasını döyməkdə təqsirli bilinib. Məlumata görə, hadisəyə atanın oğlunun işləməməsi ilə bağlı irad bildirməsi səbəb olub.
Mübahisə zamanı gənc atasına bir neçə dəfə yumruqla zərbə endirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi başlanıb.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş ata oğlunu bağışlamayıb və onun cəzalandırılmasını tələb edib.
Mənbə: Xitab24.az

