Bakıda 24 il əvvəl törədilən müəmmalı qətlin üstü açıldı – Şübhəli saxlanıldı

Bakıda 24 il əvvəl törədilən müəmmalı qətlin üstü açıldı – Şübhəli saxlanıldı

Xəbər Yerində xəbər verir ki, 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının ərazisində törədilən qətl hadisəsinin üstü açılıb.

Belə ki, 2002-ci il oktyabrın 7-də akademiyanın həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmov kəsici-deşici alətlə qətlə yetirilib. Hadisədən sonra binadan müxtəlif əşyaların da oğurlandığı müəyyən edilib.

24 il əvvəlki cinayətdə şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüqar Cahangirov saxlanılıb.

Ona qarşı qəsdən adam öldürmə və digər maddələrlə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Vüqar Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir