Bakı metrosunun “Əhmədli” stansiyasında sərnişinin qatar yoluna düşməsi səbəbilə hərəkətdə qısa müddətli gecikmə yaranıb.
Xəbər Yerində xəbər verir ki, hadisə dünən saat 18:40 radələrində baş verib.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hadisədən dərhal sonra təmas relsindəki yüksək gərginlik dayandırılıb və əraziyə təcili tibbi yardım çağırılıb.
Sərnişinin relslərdən çıxarılması üçün zəruri tədbirlər həyata keçirilib. Qadın qatar yolundan çıxarıldıqdan sonra polis əməkdaşlarına təhvil verilib.
Daha sonra təmas relsinə elektrik enerjisinin verilməsi bərpa olunub və qatarın hərəkəti təmin edilib.
Hadisə nəticəsində metro xəttində qatarların hərəkət intervalında 9 dəqiqəlik gecikmə qeydə alınıb.

