Xəbər Yerində xəbər verir ki, hadisə Nizami rayonu Mehdi Abbasov küçəsində qeydə alınıb.
“Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtobus 3 minik avtomobili ilə toqquşub.
Bundan sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alanlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Mənbə: Avtosfer.az

