Bakının Nizami rayonunda, “Koroğlu” metro stansiyasının qarşısında marşrut avtobusu qəzaya uğrayıb.
Xeber Yerində Bakı Tv-yə istinadən xəbər verir ki, hadisə 160 saylı marşrut xətti üzrə hərəkət edən “Isuzu Citiport” markalı avtobusun idarəetmədən çıxaraq dayanacağa çırpılması nəticəsində baş verib.
Qəza nəticəsində həm avtobusa, həm də dayanacağa ciddi ziyan dəyib. Hadisə zamanı dayanacaqda və avtobusda olan şəxslər arasında xəsarət alan olmayıb.
İlkin məlumata görə, avtobusun idarəetmədən çıxmasının səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qəzanın görüntülərini təqdim edirik.

