Heydər Əliyev prospektində QƏZA ANI: Dayanmış maşına belə çırpıldı – VİDEO

Heydər Əliyev prospektində QƏZA ANI: Dayanmış maşına belə çırpıldı – VİDEO

Bakının Nizami rayonunda, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Xeber Yerinde xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.

Görüntülərdən məlum olur ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər sürücüləri vaxtında xəbərdar etmək üçün lazımi təhlükəsizlik tədbirləri görülməyib.

NİİM-in məlumatında qeyd olunub ki, belə hallarda həm məcburi dayanmış avtomobilin sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsi, həm də digər nəqliyyat vasitələrinin sürücülərinin diqqətsizliyi qəza riskini artırır.

Qurum sürücülərə xatırladıb ki, nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırılmalıdır.

NİİM bütün sürücüləri yollarda diqqətli olmağa və müəyyən edilmiş sürət həddinə əməl etməyə çağırıb.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir