Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
“Xeber yerinde” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gün ərzində bəzi ərazilərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Paytaxtda gecə temperaturu 22-25°, gündüz 28-33° isti olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin daha qeyri-sabit keçəcəyi bildirilir. Bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Dağlıq və dağətəyi rayonlarda yağıntıların daha güclü olacağı, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcəyi gözlənilir.
Rayonlarda gecə 22-26°, gündüz 32-37° isti, dağlıq ərazilərdə isə gecə 14-18°, gündüz 20-25° isti olacaq.

