Astara gömrük postunda narkotik vasitənin qanunsuz şəkildə ölkədən keçirilməsinin qarşısı alınıb.
“Xeber yerinde” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 25 kiloqram 75 qram qurudulmuş marixuana aşkar edilib.
Məlumata görə, İran ərazisindən Rusiyaya “bibər” yükü aparan və Azərbaycan ərazisindən tranzit keçən yük avtomobili gömrük nəzarətinə cəlb olunub.
Nəqliyyat vasitəsi rentgen avadanlığı və kinoloji xidmət itinin iştirakı ilə yoxlanılıb. Yoxlama zamanı bibər qutularının alt hissəsində gizlədilən 55 bağlama aşkarlanıb.
Bağlamaların üzərinin bibərlə örtüldüyü və narkotikin gömrük nəzarətindən yayındırılmağa çalışıldığı müəyyən edilib. Aşkarlanan maddənin xalis çəkisinin 25 kiloqram 75 qram olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

