Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb.
Noyabrın 6-dək davam edəcək sərgidə Avropa və Asiya ölkələrini təmsil edən 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edir.
Təşkilatçıların proqnozuna əsasən, tədbirə ümumilikdə 20 min ziyarətçinin qatılması gözlənilir.









