Bakıda kamera quraşdıran 36 yaşlı kişi faciəli şəkildə öldü

Bakıda kamera quraşdıran 36 yaşlı kişi faciəli şəkildə öldü

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində kamera quraşdıran şəxs elektrik cərəyanının təsirindən həyatını itirib.

Xəbər Yerində xəbər verir ki, hadisə 1990-cı il təvəllüdlü Əliabbas Səməndər oğlu Niftalıyevin kamera quraşdırdığı zaman baş verib.

İş zamanı elektrik cərəyanının vurduğu 36 yaşlı kişi xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəblərinin və digər təfərrüatların müəyyənləşdirilməsi üçün rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir