Sumqayıtda zəncirvari qəza: “BMW” aşdı, xəsarət alanlar var

Sumqayıtda zəncirvari qəza: “BMW” aşdı, xəsarət alanlar var

Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xəbər Yerində xəbər verir ki, qəza zamanı “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə nəzarəti itirib.

İdarəetmədən çıxan avtomobil əvvəlcə “Toyota”ya, daha sonra isə “Kia” və “Opel” markalı avtomobillərə çırpılıb.

Bir neçə avtomobilin toqquşması ilə nəticələnən qəza zamanı “BMW” çevrilərək aşıb.

Hadisə nəticəsində bir neçə şəxsin xəsarət aldığı bildirilir.

Qəzanın hansı səbəbdən baş verdiyi və digər detalların müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir