Paytaxtın Nizami rayonunda fəaliyyət göstərməyən ət kombinatının ərazisində yanğın baş verib.
Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Davud Aslan küçəsində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində alovun genişlənərək böyük əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Müəyyən edilib ki, ümumilikdə 1800 kvadratmetr sahəyə yığılmış plastik və taxta materialların 500 kvadratmetrlik hissəsi yanıb. Materialların qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

