Xəbər Yerində xəbər verir ki, Bakının Yasamal rayonunda keçirilən kütləvi tədbir zamanı iriölçülü LED ekran aşıb.
Ekran insanların dayandığı yerə düşüb
Hadisə Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində baş verib. Məlumata görə, ehtiyatsızlıq nəticəsində iri LED monitor insanların dayandığı əraziyə aşıb.
Hadisə zamanı bir qadının xəsarət aldığı bildirilib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
“Avtomobilsiz gün” tədbirində baş verib
Digər məlumata əsasən, bədbəxt hadisə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbiri zamanı qeydə alınıb.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
Mənbə: Patrul.az

