Xəbər Yerində xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən 238 nömrəli tam orta məktəbin həyətyanı ərazisində yanğın qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə ilə bağlı əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.
Alov nəticəsində məktəbin həyətindəki tikilinin dam örtüyünün təxminən 20-25 kvadratmetr sahəsi və içəridə olan əşyalar yanıb.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb. Alovun yaxınlıqdakı ərazilərə, həmçinin şam ağaclarının olduğu sahəyə keçməsinin qarşısı alınıb.

