Bakıda daşınmaz əmlak sahəsində çalışan şəxsin ölümü ilə bağlı araşdırma aparılır.
Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.
Məlumata görə, dünən saat 16:00 radələrində 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun meyiti onun fəaliyyət göstərdiyi ev alqı-satqısı ofisində aşkarlanıb. İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq izinə rast gəlinmədiyi bildirilir.
Faktla bağlı araşdırmalara Nizami Rayon Prokurorluğunda başlanılıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırma və ekspertiza tədbirləri davam etdirilir.

