Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi ilə bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, qurumun İdarə Heyəti sədrinin müavinlərinin təyin edilməsi və vəzifədən azad olunması səlahiyyəti bundan sonra Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, indiyədək bu səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus idi. Yeni qərarla idarəetmə səlahiyyətində müvafiq dəyişiklik edilib.

