Bakıda mühüm iqlim müzakirələri keçirildi – 140 ölkədən nümayəndələr qatıldı

Bakıda mühüm iqlim müzakirələri keçirildi – 140 ölkədən nümayəndələr qatıldı

Bakıda keçirilən beynəlxalq İqlim Həftəsi başa çatıb.

Xəbər Yerində xəbər verir ki, sentyabrın 7-dən 11-dək Bakı Konqres Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi təşkil olunub.

Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində ümumilikdə 68 tədbir baş tutub. Proqrama 140-dan çox ölkədən 2 700-ə yaxın nümayəndə qeydiyyatdan keçib.

Tədbirlərdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, özəl sektor və akademik dairələrin təmsilçiləri də iştirak ediblər.

UNFCCC İqlim Həftəsi çərçivəsində beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas keçirilib. Həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC İcra Forumu çərçivəsində müxtəlif sessiyalar təşkil olunub.

Bakı İqlim Fəaliyyəti Həftəsində isə Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq 37 tədbir keçirilib.

Həftə çərçivəsində Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planları və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin icrasına dair “Belém Missiyası 1.5” Troykasının mandatı üzrə də məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi ilə həyata keçirilir. 2026-cı ilin ilk İqlim Həftəsi aprel ayında Koreya Respublikasında, ikinci tədbir isə Şərqi Avropa regionu üzrə Azərbaycanda keçirilib.

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir