Bakıda qolları olmayan körpədən anası imtina edib

Bakıda qolları olmayan körpədən anası imtina edib

Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları olmayan körpə dünyaya gəlib.

Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra qurumun əməkdaşları prosesə cəlb olunub. Uşağın vəziyyəti səhiyyə müəssisəsində qiymətləndirilib.

Bildirilib ki, körpənin daimi qayğı ilə təmin olunması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir