Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı “Asırlık gece” adlı sənədli film yayımlanıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 15 bölümdən ibarət sənədli filmin 6-cı hissəsində Türkiyənin Diyanət İşləri İdarəsinin keçmiş rəhbəri Mehmet Görmez çevriliş günü müsəlman dini liderlərin kömək təklifindən danışıb.
“Azərbaycan Diyanət İşləri başkanı zəng edib dedi ki, “mənim özəl təyyarəm var. 250 igidi toplayıb gətirsəm, işə yarayarmı?”, – M.Görmez bildirib.
Sosial şəbəkə hesabında ilahiyyatçı Elşad Miri sözügedən videonu paylaşaraq haqqında bəhs edilən şəxsin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə olduğunu iddia edib.
Sözügedən paylaşımı təqdim edirik:
Həqiqətən Şeyxülislamın çox gözəl ürəyi var imiş. Bu videoya baxandan sonra bir daha Şeyxə qarşı haqsızlıq etdiyimizi başa düşdüm.
Türkiyənin Asırlık Gece sənədli filminin 6-cı hissəsində Türkiyənən Dini İşlər idarəsinin rəhbəri olan professor Mehmet Görmez çevriliş günü Şeyxülislamın özəl təyyarəsini göndərmək istəməyindən danışıb.
Bundan təsirlənməmək mümkün deyil. Var olsun. Özəl təyyarəsinin olduğunu bilmirdim. Buna da çox sevindim. Şeyxülislam olanda nə olar ki…

