Bakıda şadlıq sarayının qarşısında sıxlıq: “Nə piyada, nə də maşınla keçmək olur”-VİDEO

Bakıda şadlıq sarayının qarşısında sıxlıq: “Nə piyada, nə də maşınla keçmək olur”-VİDEO

Bakının Xətai rayonunda şadlıq sarayının qarşısında yaranan nəqliyyat sıxlığı və nizamsız parklanma narazılığa səbəb olub.

Söhbət Nəsrəddin Tusi küçəsi, 69 ünvanında yerləşən Movida Plazadan gedir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə toy mərasimləri keçirilən günlərdə obyektin qarşısında həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yarandığı iddia olunur.

Məsələni yerində araşdırmaq üçün əraziyə baxış keçirilib. Saat 13:30 radələrində belə küçənin hər iki tərəfində çoxsaylı avtomobillərin park edildiyi müşahidə olunub.

Şadlıq sarayından açıqlama

Mövzu ilə bağlı danışan obyektin administratoru Sərdar Quliyev yaranmış vəziyyətə münasibət bildirib. O, nəqliyyatın daha intensiv olduğu saatlarda ərazidə vəziyyətə nəzarətin gücləndiriləcəyini və avtomobillərin hərəkətinin nizamlanması üçün tədbirlər görüləcəyini deyib.

Mövzu ilə bağlı daha ətraflı görüntülər təqdim olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir