Bakının Nəsimi rayonunda yaşlı qadının meyiti yaşadığı evdə tapılıb.
Hadisə iyulun 23-də axşam saatlarında Ə.Quliyev küçəsində yerləşən mənzildə qeydə alınıb. 1937-ci il təvəllüdlü Z. Əlizadə yaşadığı ünvanda hərəkətsiz vəziyyətdə aşkarlanıb.
İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Mərhumun mənzildə tək yaşadığı bildirilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

