Bakıda yağış yağacaq? – Hava ilə bağlı PROQNOZ

Bakıda yağış yağacaq? – Hava ilə bağlı PROQNOZ

Xəbər Yerində xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli və zəif yağış yağması mümkündür.

Şimal-qərb küləyinin gün ərzində şimal-şərq küləyi ilə əvəzlənəcəyi bildirilir.

Paytaxt və Abşeron yarımadasında temperaturun gecə 20-23, gündüz isə 26-30 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Bununla belə, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı ehtimal olunur.

Bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi mümkündür. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə edilə bilər.

Rayonlarda gecə temperaturu 18-22, gündüz 29-33 dərəcə isti olacaq. Dağlarda isə temperaturun gecə 10-15, gündüz 18-23 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir