Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə Mustafa Sübhi küçəsində qeydə alınıb. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 9 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb. Mənzilin böyük hissəsi və binadakı digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər.

