Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xeberyerinde Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb. Qəzaya səbəb yoldan keçən inək olub, qəfil avtomobil qarşısına çıxan sürücünün idarəetməni itirməsinə səbəb olub. Şahidin sözlərinə görə, qəza qaçınılmaz olub.

