Bakıda əsas yollardan birində elektrik mühərrikli oyuncaq avtomobillə hərəkət edən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbiri görülüb.

