Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Hadisə bu gün, sentyabrın 8-də saat 14:50 radələrində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzində istifadə olunan kanatın trosu qırılıb və nəticədə iki nəfər yüksəklikdən yerə düşüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-in məlumatına görə, iki kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Məlumata əsasən, ölənlərdən biri 1996-cı il təvəllüdlü, Qax rayonunun Zərnə kənd sakini Coşqun Ceyhun oğlu Məmmədovdur. Digər şəxsin isə Ucal Bayramov olduğu bildirilir.

