Xəbər Yerində xəbər verir ki, sentyabrın 15-i Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun birgə əməliyyatı nəticəsində Bakı azad edilib. Bu hadisə Azərbaycanın dövlətçilik və müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri hesab olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi də Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
XİN-in “X” hesabında yayılan paylaşımda qeyd olunub ki, Bakının azad olunması Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, eləcə də xalqımızla müttəfiqlərinin birlik, şücaət və fədakarlığını nümayiş etdirib.
Nazirlik tarixi Qələbənin əldə olunması uğrunda həyatını itirən qəhrəmanların xatirəsini ehtiram və minnətdarlıqla yad etdiyini bildirib.
Qeyd edək ki, Bakının azad edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mühüm hərbi-siyasi hadisələrindən biri olub.

