Baş nazir Əli Əsədov Qətər xalqına başsağlığı verib

Baş nazir Əli Əsədov Qətər xalqına başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Qətərin Azərbaycandakı səfirliyini ziyarət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Qətərin görkəmli dövlət xadimi, Ata Əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı münasibətilə səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.

Əli Əsədov daha sonra Qətərin Azərbaycandakı səfiri ilə görüşərək dərin hüznlə başsağlığı verib və mərhumun xatirəsini ehtiramla yad edib.

Mənbə: XəzərXəbər

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir