Baş nazirlər görüşdü: siyasi və humanitar əməkdaşlıq gündəmdə olub-FOTO

Baş nazirlər görüşdü: siyasi və humanitar əməkdaşlıq gündəmdə olub-FOTO

Əli Əsədov Fələstin Baş naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 16-da ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Görüş zamanı Azərbaycan və Fələstin arasında mövcud dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın, eləcə də qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələri əsasında həllini dəstəklədiyi qeyd olunub.

Fələstin tərəfi Azərbaycanın bu ölkəyə göstərdiyi siyasi dəstəyə, humanitar yardımlara, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən layihələrə görə təşəkkürünü bildirib.

Danışıqlar zamanı iki ölkə arasında iqtisadi, sosial və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir