Basqal yolunda yenidən sürüşmə: asfalt çökdü, sürücülər üçün təhlükə yarandı-VİDEO

Basqal yolunda yenidən sürüşmə: asfalt çökdü, sürücülər üçün təhlükə yarandı-VİDEO

“Xəbər Yerində” Xəzər Xəbərə istinadən xəbər verir ki, Basqal qəsəbəsinə aparan yolda növbəti dəfə torpaq sürüşməsi qeydə alınıb. Sürüşmə nəticəsində yolun asfalt örtüyünün bir hissəsi çöküb.

Hadisə sərt döngədə, bir-birinə yaxın yerləşən bir neçə nöqtədə baş verib. Yoldakı çökmələr xüsusilə ərazini tanımayan sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Sürücülərin sözlərinə görə, həmin ərazidə sürüşmə əvvəllər də bir neçə dəfə baş verib. Onlar bildiriblər ki, yolun bu hissəsində yaxın vaxtlarda asfaltlama işləri aparılsa da, problem yenidən təkrarlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov problemin uzun müddətdir davam etdiyini deyib. Onun sözlərinə görə, əraziyə dəfələrlə müvəqqəti asfalt örtüyü salınıb, lakin çökmə yenidən yaranıb.

Nümayəndə bildirib ki, problemin tam həlli üçün yolun həmin hissəsində əsaslı təmir işlərinin aparılması vacibdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir