“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala son bir neçə gün ərzində ikinci dəfə meydanda özünü pis hiss edərək huşunu itirib. Hadisə azarkeşlər arasında narahatlıq yaradıb.
Xeber Yerinde Apa-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Haydenhaym”la keçirilən yoxlama matçında (4:2) ikinci hissədə meydana daxil olduqdan bir neçə dəqiqə sonra qəfil yerə yıxılıb.
Həkimlərin müdaxiləsindən sonra Musiala ayağa qalxıb və meydanı tərk edib.
Qeyd edək ki, almaniyalı futbolçu avqustun 15-də “Leyptsiq”lə keçirilən yoxlama oyununda (3:1) da huşunu itirmişdi. İlk hadisənin güclü istilik və qan dövranı problemi ilə əlaqəli olduğu bildirilmişdi.
Musiala daha sonra verdiyi açıqlamada onda qısa müddətli nevroloji tutmaların olduğunu, bunun müalicə oluna bildiyini və hazırda mütəxəssislərin nəzarəti altında olduğunu bildirib.

