Beyləqanda kanalda batan 21 yaşlı gənc axtarışdadır-VİDEO

Beyləqanda kanalda batan 21 yaşlı gənc axtarışdadır-VİDEO

Beyləqan rayonunda kanalda batdığı ehtimal edilən gəncin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqustun 6-da nazirliyin “112” qaynar telefon xəttinə “Yeni Xan qızı” kanalının rayonun Birinci Şahsevən kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.

Hazırda 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal olunan istiqamətlərdə axtarış işləri fasiləsiz davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir