Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
İlkin məlumata görə, avtomobildə bir ailənin üzvləri olub. Qəza nəticəsində sürücü və onun qayınanası həyatını itirib. Avtomobildə olan digər üç ailə üzvü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov

