Biləsuvar rayonunda azyaşlı körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə avqustun 3-də qeydə alınıb. İlkin məlumata görə, Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü R.A.-ın nəfəs borusunda qida qalıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mütəxəssislər belə hallarda ilkin tibbi yardımın həyati əhəmiyyət daşıdığını bildirirlər. Körpənin nəfəs borusuna qida və ya digər yad cisim düşdükdə vaxtında və düzgün göstərilən ilk yardım boğulmanın qarşısını ala və həyatını xilas edə bilər. Buna görə də valideynlərə və azyaşlı uşaqlara qulluq edən şəxslərə ilkin yardım qaydalarını öyrənmək tövsiyə olunur.

