Bakının Binəqədi rayonunda istifadəsiz tikilidə yanğın baş verib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb
Hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.
Yanğın tam söndürülüb
Hazırda verilən məlumata görə, istifadəsiz tikilidə baş verən yanğın tam söndürülüb.














