Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bir sıra yüksək səviyyəli qonaqlarla qeyri-rəsmi söhbət ediblər.
“Xəbər Yerində” xəbər verir ki, dövlət başçısı və birinci vitse-prezident BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ayaqüstü fikir mübadiləsi aparıblar.
Görüşlər zamanı liderlərin səmimi söhbət etdiyi və bir-birlərinə xoş münasibət nümayiş etdirdiyi görüntülər lentə alınıb.
Qeyd edək ki, İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirir.








