Böyük Qayıdış davam edir: daha 50 ailə doğma yurda qayıtdı

Böyük Qayıdış davam edir: daha 50 ailə doğma yurda qayıtdı

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə 21 ailə (103 nəfər), Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə isə 11 ailə (39 nəfər) köçürülüb.

Köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan şəxslərdir.

Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar, həmçinin torpaqların işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

17 avqust 2026-cı il tarixində həyata keçirilən köç də nəzərə alınmaqla, ümumilikdə 1 şəhər və 10 rayonun 47 yaşayış məntəqəsində 9557 ailənin (38 612 nəfərin) məskunlaşması təmin olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir